"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 395
Bakı şəhəri, 18 dekabr 2014-cü il
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 593) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından və 1-ci hissəsindən "təsərrüfathesablı" sözü çıxarılsın;
1.2. 2-ci hissədə "investisiya xərcləri" sözləri "büdcəsi" sözü ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2-1. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin fəaliy-yətinin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin "Təhsil" bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
7 January 2015, 09:0110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...