2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2014-cü il tarixli 78 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Çaxırlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Gözəlov Ağahüseyin Səfər oğlu və Masallı rayonu Çaxırlı kənd sakini Abdullayev Siyasət Səfər oğlu 2014-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək,  həmin seçki dairəsinin hüdudlarında yerləşən 23 saylı seçki məntəqəsində səslərin təkrar hesablanmasını tələb etmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

 

Araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd A.S.Gözəlov və vətəndaş S.S.Abdullayevin şikayəti qismən təmin edilməli, mübahisələndirdikləri seçki məntəqəsində səslərin təkrar hesablanması aparılmalı və iddia olunan digər pozuntuların araşdırılması üçün müraciət aidiyyəti üzrə 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair rəy verilməlidir.

 

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 70 saylı Masallı şəhər seçki üzrə Çaxırlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Gözəlov Ağahüseyin Səfər oğlu və Masallı rayonu Çaxırlı kənd sakini Abdullayev Siyasət Səfər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2014-cü il tarixli 78 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

30 December 2014, 09:12

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...