2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 35 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 51 saylı Qusar seçki dairəsi üzrə Urva bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əliyarov Nizami Feyzulla oğlu 2014-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsinin 47 və 48 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları üzrə kifayət qədər səs topladığı halda dairə seçki komissiyası tərəfindən həmin protokolların nəzərə alınmadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

 

Ərizəçi 26 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyası tərəfindən 48 saylı seçki məntəqəsi üzrə səslərin təkrar hesablanmasından məlumatsız olduğunu, hazırda bu barədə məlumat aldığından şikayətindən imtina etdiyini bildirərək araşdırmaya xitam verilməsini xahiş etmişdir.

 

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  qərara  alır:

 

1.  2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 51 saylı Qusar seçki dairəsi üzrə Urva bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əliyarov Nizami Feyzulla oğlu şikayətindən imtina etdiyinə görə 25 dekabr 2014-cü il tarixli 35 saylı müraciətin araşdırılmasına xitam verilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

29 December 2014, 09:12

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...