“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci maddə üzrə:
1.1. “doğulduğu tarix,” sözlərindən sonra “doğulduğu yer,” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında bu məlumatlardan əlavə, vətəndaşın fotoşəkli də yerləşdirilir.”.
2. 2.2.3-cü, 2.2.5-ci və 2.3-cü maddələr ləğv edilsin.
3. 3.1-ci maddə üzrə:
3.1. ikinci cümlədə “15” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.”.
4. 3.2-ci maddənin ikinci cümləsində “vətəndaşın qan qrupunun və gözlərinin rənginin göstərildiyi tibbi arayış, doğum haqqında şəhadətnamə (bu Qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə verilmişdirsə), qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi və qanuni nümayəndə olduğunu təsdiq edən sənəd” sözləri “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 3.3-1-ci maddə əlavə edilsin:
“3.3-1. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və ya dəyişdirilməsinə görə, habelə fərdi identifikasiya kartının sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.”.
6. 3.4-cü maddədə “Bu Qanunun” sözləri “Vətəndaşın 5 yaşı tamam olduqda, yaxud bu Qanunun” sözləri ilə əvəz edilsin.
7. 3.6-cı maddə üzrə:
7.1. birinci cümlədə “3.3-cü maddəsində” sözləri “3.3-cü, 3.3-1-ci və ya 3.6-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
7.2. ikinci cümlədə “daxil etmiş orqana” sözləri “dəyişdirmək səlahiyyətinə malik orqana və ya tibb müəssisəsinə” sözləri ilə əvəz edilsin.
8. Aşağıdakı məzmunda 3.6-1-ci maddə əlavə edilsin:
“3.6-1. Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin kart müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.”.
9. 3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“3.7. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatların dəyişdirilməsinə, habelə 5 yaşı tamam olmamış vətəndaşa bu Qanunun 3.3-cü maddəsində göstərilən müddətdə fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumu ödənilmir.”.
10. 3-cü maddənin “Qeyd” hissəsində “2015-ci il dekabrın 1-dək 15” sözləri “Bu Qanun qüvvəyə minənədək 16” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
2 December 2014, 09:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...