Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına
Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi – Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarını və sizin simanızda bütün Azərbaycan uşaqlarını salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.
Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlmişdir.
Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir. Artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. İndi başlıca məqsəd uşaqların zəngin mədəni sərvətlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır.
Ölkəmizdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkün uşaqları daim diqqət mərkəzindədir. Dövlətimiz bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə nail olmaq üçün respublikamızın ərazi bütövlüyünün bərpası istiqamətində tarazlaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın davamlı inkişafı uşaqlarımızın xoşbəxt və firavan həyatının təmin olunması baxımından cəmiyyətimiz qarşısında mühüm vəzifələr irəli sürür. Məhz övladlarımızın sabahı naminə bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə hər bir vətəndaşımız qüvvə və bacarığını səfərbər etməlidir.
Ümidvaram ki, Forumunuz çərçivəsində uşaq problemlərinə dair aparacağınız fikir mübadiləsi, səmərəli müzakirələr və qəbul edəcəyiniz qərarlar gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il.
18 November 2014, 09:1110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...