“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinirəhbər tutaraq qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilsin.
2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilsin: “III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəlişəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakışəhəri, 28 oktyabr 2014-cü il.
14 November 2014, 09:11
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...