"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 363

Bakı şəhəri, 31 oktyabr 2014-cü il

"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin  edilməsi   haqqında"  Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Bakı-Naxçıvan və  Naxçıvan-Bakı hava xətti ilə həyata keçirilən uçuşlarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.   "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1345; 2008, № 8, maddə 787; 2009, № 2, maddə 144, № 10, maddə 859) 2-ci hissəsində "5" rəqəmi "2" rəqəmi ilə əvəz edilsin.

2.   Bu qərar 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

13 November 2014, 10:11

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...