“Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1.bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyanı nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2.bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Konsepsiyaya uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının Prezidentinə məlumat verməklə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə zəruri tədbirlər görsün;
3.3.2015-ci il və sonrakı illər üzrə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
3.4.bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində təmin etsin.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu Fərmanın 3.2-ci bəndində göstərilən müddətdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.
21 October 2014, 09:1010 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...