Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına
Hörmətli sərgi iştirakçıları!
Əziz qonaqlar!
Sizi “ADEX – 2014” Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ölkələrimizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Belə bir sərginin ilk dəfə regionun böyük iqtisadi potensiala malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkili heç də təsadüfi deyildir. Sürətlə modernləşən respublikamızın iqtisadiyyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il “Sənaye ili” elan olunmuş və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılmışdır. Bu baxımdan ümidvaram ki, sərginiz ənənəvi xarakter alaraq öz əhatə dairəsini davamlı surətdə genişləndirəcəkdir.
Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırmışdır. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır, qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir.
İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaqdır.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2014-cü il.
12 September 2014, 09:0910 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...