Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 285

Bakı şəhəri, 15 avqust 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.7-ci bənddə "normasına istinad xarakteri daşımamalıdır" sözləri "(o cümlədən texniki normativ hüquqi aktın) struktur elementinin nömrəsinə istinad xarakteri daşıya bilməz" sözləri ilə əvəz edilsin;

1.2. 2.12-ci bənddə "mütəmadi" sözü "həmin normativ hüquqi aktlarda dəyişikliklər baş verdikcə" sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

26 August 2014, 09:08

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...