04.07.2013 [19:26]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi iləqərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 19.6-cı maddəsinə uyğun olaraq, malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.4. həmin Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi hallarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. beş ay müddətində:
1.2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq, xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci, 19.6-cı və 20.0.9-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
3.2. həmin Qanunun 1.1.3-cü, 1.1.4-cü, 3.2-ci, 3.3-cü, 5-ci, 7.3-cü, 13.5-ci, 19.2-ci və 19.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;
3.4. həmin Qanunun 20.0.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2013-cü il.
5 July 2013, 09:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...