“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 24.6-cı maddəsinin birinci cümləsində, 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 26.5-ci, 27.4-cü, 30.1-ci maddələrində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2. həmin Qanunun 24.6-cı maddəsinin birinci cümləsində və 27.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3. həmin Qanunun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

4. həmin Qanunun 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

5. həmin Qanunun 26.5-ci maddəsində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. üç ay müddətində:

2.2.1. həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 418; 2014, № 11, maddə 1380) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2023-cü il

11 January 2023, 15:01

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...