Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Xidmət) fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilsin.

2. Müəyyən edilsin ki:

2.1. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır;

2.2. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları Azərbaycan Respublikasının xarici dövlətlərdəki və ya beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər;

2.3. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir;

2.4. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

28 December 2022, 15:12

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...