"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 251
Bakı şəhəri, 16 iyul 2014-cü il
"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 46) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında, 1-ci hissədə "müfəttişlərinin" sözü "orqanlarının" sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları" üzrə:
2.1. adında, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "müfəttişlər" sözü ismin müvafiq hallarında "orqanlar" sözü ilə, 2.2-ci bənddə "Müfəttişinin" sözü "Orqanının" sözü ilə və 3.5-ci bənddə "müfəttişi" sözü "orqanı" sözü ilə əvəz edilsin;
2.2 2.4-cü bənddə "Dövlət Baytarlıq Müfəttişi" sözləri "Dövlət Baytarlıq Nəzarəti" sözləri ilə əvəz edilsin;
2.3. 3.2-ci bənddən "şəxsən" sözü çıxarılsın;
2.4. 3.5-ci bənddən ", dövlət baytarlıq müfəttişi tutduğu vəzifədən azad olunduğu" və "onların" sözləri çıxarılsın və həmin bənddə "onlardan" sözü "həmin qurumdan" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
4 August 2014, 09:0810 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...