Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 21) 3.2-ci bəndində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə, “və onun” sözləri “, onun birinci müavinindən və” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 118) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.3-cü bəndin ikinci cümləsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə, “və onun” sözləri “, onun birinci müavinindən və” sözləri ilə əvəz edilsin;
2.2. 4.4-cü bəndə “icrasını” sözündən sonra “birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2022-ci il
22 December 2022, 12:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...