Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; 2007, № 11, maddə 1117; 2018, № 2, maddə 187; 2020, № 8, maddə 1038; 2021, № 8, maddələr 911, 920; 2022, № 6, maddə 609) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından “və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın” sözləri çıxarılsın;

1.2. 2-ci hissə ləğv edilsin;

1.3. 4-cü və 5-ci hissələrdə “1-ci və 2-ci bəndlərində” sözləri “1-ci hissəsində” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” üzrə:

1.4.1. 2-ci hissəyə “dövlət qulluqçusunun” sözlərindən sonra “pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı” sözləri əlavə edilsin;

1.4.2. 9-cu hissəyə “pul ödənişləri” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1232) ləğv edilsin.

3. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2022-ci il

16 December 2022, 07:12

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...