“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 34.1-ci, 34.2-ci və 34.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“34.1. Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alır.
34.2. Hesablama Palatası sədrinin müavini 2800 manat məbləğində aylıq vəzifə maaşı alır.
34.3. Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alırlar.”;
1.2. 34.4-cü maddədə “bir aylıq vəzifə maaşı” sözləri “hər ay vəzifə maaşlarının iki misli” sözləri ilə əvəz edilsin;
1.3. 35.2-ci maddə ləğv edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il
29 July 2022, 16:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...