“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. dörd ay müddətində:
1.1.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci, 24.1-ci, 24.5-ci və 24.16-cı maddələrinə uyğun olaraq, qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması qaydasına, həmçinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida obyektlərinin siyahısına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, risklərin təhlili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.3. həmin Qanunun 7.4-cü maddəsinə uyğun olaraq, həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.4. həmin Qanunun 9.11-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.5. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (həmin Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) açıq reyestrinin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. həmin Qanunun 13.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.8. həmin Qanunun 20.6-cı, 20.8-ci, 20.11-ci, 20.12-ci, 21.4-cü və 31.3-cü maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasını, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin formasını və təqdim edilmə müddətlərini, qida və yem məhsullarının tranzit daşıması qaydasını, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.9. həmin Qanunun 24.13-cü, 25.6-cı, 26.4-cü və 31.4-cü maddələrinə uyğun olaraq, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.10. həmin Qanunun 25.2-ci, 25.5-ci, 25.8-ci maddələrinə uyğun olaraq, həmin Qanunun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarını və qeydiyyatın qüvvədəolma müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.11. həmin Qanunun 26.6-cı maddəsinə uyğun olaraq, qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.12. həmin Qanunun 28.3-cü maddəsinə uyğun olaraq, qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.13. həmin Qanunun 30.9-cu maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.14. həmin Qanunun 37.2-ci maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.2. beş ay müddətində:
1.2.1. həmin Qanunun 5.1.7-ci, 23.4-cü, 25.7-ci maddələrinə uyğun olaraq, qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və həmin Qanunun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2.2. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, məhsulların izlənilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.47-ci, 3.4-cü, 6.2-ci, 6.3-cü, 6.6-cı, 6.7-ci, 7.1-ci, 7.4-cü, 9.2-ci, 9.5-ci, 9.6-cı, 9.10-cu, 9.11-ci, 10.3-cü, 10.4-cü, 11.5-ci maddələrində, 12.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 12.3-cü, 13.1-ci, 14.2-ci, 14.3-cü, 15.1.7-ci, 19.1-ci, 19.2-ci, 20.1–20.3-cü, 20.5–20.7-ci maddələrində, 20.8-ci maddəsinin birinci cümləsində (hər iki halda), 20.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 20.10–20.12-ci, 21.3-cü, 21.3.1-ci, 21.4-cü, 22.1-ci, 23.4-cü, 24.1-ci (hər iki halda) maddələrində, 24.3-cü maddəsinin üçüncü cümləsində, 24.5-ci maddəsində (hər iki halda), 24.6-cı maddəsinin birinci cümləsində, 24.7–24.9-cu, 24.12-ci, 24.13-cü (hər iki halda), 24.14-cü, 24.16-cı, 25.1-ci, 25.2-ci maddələrində, 25.3-cü maddəsinin birinci cümləsində, 25.5-ci, 25.6-cı (hər iki halda), 25.7-ci, 25.8-ci, 26.1-ci, 26.2-ci, 26.4-cü (hər iki halda), 26.6-cı, 27.2-ci, 27.4-cü, 28.1–28.3-cü, 29.3-cü, 30.1-ci (hər iki halda), 30.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) və ikinci cümləsində, 30.3–30.6-cı, 30.8-ci, 30.9-cu, 31.1–31.3-cü, 31.4-cü (hər üç halda), 31.5–31.9-cu, 31.11-ci, 32.2-ci, 33.1–33.4-cü, 33.6–33.8-ci, 35.1.2-ci, 35.1.4–35.1.7-ci, 37.1-ci (hər üç halda) və 37.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 20.5-ci, 24.1-ci (birinci halda), 24.5-ci (birinci halda) və 24.16-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 3.4-cü, 6.2-ci, 7.4-cü, 9.11-ci, 10.4-cü maddələrində, 12.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12.3-cü, 13.1-ci, 20.6-cı maddələrində, 20.8-ci maddəsinin birinci cümləsində (birinci halda), 20.11-ci, 20.12-ci, 21.4-cü, 23.4-cü, 24.13-cü (ikinci halda), 25.2-ci, 25.5-ci, 25.6-cı (ikinci halda), 25.7-ci, 25.8-ci, 26.4-cü (ikinci halda), 26.6-cı, 27.4-cü, 28.3-cü, 30.9-cu, 31.3-cü, 31.4-cü (üçüncü halda), 33.1-ci, 33.8-ci və 37.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 1.1.47-ci, 6.3-cü, 6.6-cı, 6.7-ci, 7.1-ci, 9.2-ci, 9.5-ci, 9.6-cı, 9.10-cu, 10.3-cü, 11.5-ci, 14.2-ci, 14.3-cü, 15.1.7-ci, 19.1-ci, 19.2-ci, 20.1–20.3-cü, 20.7-ci maddələrində, 20.8-ci maddəsinin birinci cümləsində (ikinci halda), 20.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 20.10-cu, 21.3.1-ci, 24.1-ci (ikinci halda) maddələrində, 24.3-cü maddəsinin üçüncü cümləsində, 24.5-ci (ikinci halda) maddəsində, 24.6-cı maddəsinin birinci cümləsində, 24.7-ci, 24.8-ci, 24.9-cu, 24.12-ci, 24.13-cü (birinci halda), 24.14-cü, 25.1-ci (yeni növ qida məhsullarına, təbii mineral sulara və genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına münasibətdə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunduğu gündən bir il sonra) maddələrində, 25.3-cü maddəsinin birinci cümləsində, 25.6-cı (birinci halda), 26.1-ci, 26.2-ci, 26.4-cü (birinci halda), 27.2-ci (“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunduğu gündən iki il sonra), 28.1-ci, 28.2-ci, 29.3-cü, 30.1-ci (hər iki halda) maddələrində, 30.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) və ikinci cümləsində, 30.3–30.6-cı, 30.8-ci, 31.1-ci, 31.2-ci, 31.4-cü (birinci və ikinci halda), 31.5– 31.9-cu, 31.11-ci, 33.2–33.4-cü, 33.6-cı, 33.7-ci, 35.1.2-ci, 35.1.4–35.1.7-ci, 37.1-ci (hər üç halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 12.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və 32.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 21.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;
2.7. həmin Qanunun 22.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.
3. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 267 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 46; 2020, № 12 (I kitab), maddə 1460) ləğv edilsin.
4. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 574; 2005, № 7, maddə 592; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 7, maddə 528; 2010, № 4, maddə 296; 2014, № 5, maddə 477, № 10, maddə 1218; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 361; 2020, № 12 (I kitab), maddə 1460) ləğv edilsin.
5. Bu Fərmanın 1-ci hissəsi istisna olmaqla və 2.4-cü bəndi nəzərə alınmaqla, bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2022-ci il
25 June 2022, 09:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...