Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, 2022-ci il aprelin 15-dən etibarən Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; 2021, № 5, maddə 504, № 6 (IV kitab), maddə 662, 673, № 7, maddə 884, № 10, maddə 1197; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 408 nömrəli və 2022-ci il 22 yanvar tarixli 27 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.1-ci yarımbəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.”;

2.2. 2.1.3.1-ci yarımbənd üzrə:

2.2.1. 1-ci və 2-ci abzaslardan “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;

2.2.2. 3-cü abzas ləğv edilsin;

2.3. 2.1.3.2-ci yarımbənddən “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;

2.4. 2.1.3.3-cü yarımbənd ləğv edilsin.

3. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 dekabr tarixli 389 nömrəli, 23 dekabr tarixli 409 nömrəli, 30 dekabr tarixli 419 nömrəli və 2022-ci il 13 yanvar tarixli 9 nömrəli, 26 yanvar tarixli 29 nömrəli, 15 fevral tarixli 40 nömrəli və 5 mart tarixli 71 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5-1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.5-1.1. Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla);”;

3.2. 2.5-1.2-ci yarımbənd ləğv edilsin;

3.3. 2.5-2-1.1-ci və 2.5-2-1.2-ci yarımbəndlərdən “və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd” sözləri çıxarılsın;

3.4. 2.5-4.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.5-4.1. avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur;”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 aprel 2022-ci il

15 April 2022, 07:04

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...