“Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 979, № 10, maddə 1279, № 12 (V kitab), maddə 1581; 2021, № 9, maddə 1066; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 yanvar tarixli 1 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Faiz subsidiyası” sözləri “Bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, faiz subsidiyası” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bəndə “(ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 (iyirmi dörd) ay) üçün” sözlərindən sonra “bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulan halda isə 12 (on iki) ay üçün” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

“3.4-1. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara 2022-ci il ərzində verilmiş kreditlər üzrə 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə faiz subsidiyası verilir.”.

4. Aşağıdakı məzmunda 3.6-1-ci bənd əlavə edilsin:

“3.6-1. Bu Qaydanın 3.4-1-ci bəndində nəzərdə tutulmuş halda faiz subsidiyası minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarların 2022-ci ildə aldıqları 3 (üç) milyon manat və ondan az olan kreditlərə verilir.”.

5. 4.1.2-ci yarımbəndə “bildiriş” sözündən sonra “(zəruri ərzaq təchizatçıları, ərzaqlıq buğda təchizatçıları və minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar istisna olmaqla)” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 aprel 2022-ci il

5 April 2022, 07:04

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...