“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904; 2020, № 3, maddə 227, № 5, maddə 521, № 12 (I kitab), maddə 1426; 2021, № 7, maddələr 697, 711) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 15-11.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.”;
1.2. 16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2022-ci il
17 March 2022, 07:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...