“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 dekabr tarixli 389 nömrəli, 23 dekabr tarixli 409 nömrəli, 30 dekabr tarixli 419 nömrəli, 2022-ci il 13 yanvar tarixli 9 nömrəli və 26 yanvar tarixli 29 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-2-1.1-ci yarımbəndə “ailə üzvlərinə,” sözlərindən sonra “Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədini pasportu,” sözləri əlavə edilsin.

2. 2.5-10.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-10.6-cı və 2.5- 10.22-ci yarımbəndlər əlavə edilsin:

“2.5-10.6. Albaniya Respublikası;

2.5-10.7. Dominikan Respublikası;

2.5-10.8. Filippin Respublikası;

2.5-10.9. Gürcüstan;

2.5-10.10. Hindistan;

2.5-10.11. İndoneziya;

2.5-10.12. İran İslam Respublikası;

2.5-10.13. Kolumbiya Respublikası;

2.5-10.14. Moldova Respublikası;

2.5-10.15. Özbəkistan Respublikası;

2.5-10.16. Pakistan İslam Respublikası;

2.5-10.17. Peru Respublikası;

2.5-10.18. Tacikistan Respublikası;

2.5-10.19. Tailand Krallığı;

2.5-10.20. Tunis Respublikası;

2.5-10.21. Türkmənistan Respublikası;

2.5-10.22. Venesuela Bolivar Respublikası.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 fevral 2022-ci il

16 February 2022, 11:02

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...