“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və  kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-4-1-ci bənd əlavə edilsin:

“2.5-4-1. 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

2.5-4-1.1. Almaniya Federativ Respublikası;

2.5-4-1.2. Avstriya Respublikası;

2.5-4-1.3. Belçika Krallığı;

2.5-4-1.4. Çexiya Respublikası;

2.5-4-1.5. Danimarka Krallığı;

2.5-4-1.6. İrlandiya Respublikası;

2.5-4-1.7. İspaniya Krallığı;

2.5-4-1.8. İsveç Krallığı;

2.5-4-1.9. İsveçrə Konfederasiyası;

2.5-4-1.10. Kanada;

2.5-4-1.11. Lüksemburq Böyük Hersoqluğu;

2.5-4-1.12. Malta Respublikası;

2.5-4-1.13. Niderland Krallığı;

2.5-4-1.14. Polşa Respublikası;

2.5-4-1.15. Portuqaliya Respublikası;

2.5-4-1.16. Serbiya Respublikası;

2.5-4-1.17. Sinqapur Respublikası;

2.5-4-1.18. Sloveniya Respublikası;

2.5-4-1.19. Slovakiya Respublikası;

2.5-4-1.20. Yunanıstan Respublikası.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 avqust 2021-ci il

№ 231

2 August 2021, 16:08

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...