İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin edilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödənilir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2021-ci il

2 July 2021, 10:07

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...