“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun tətbiqi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908; 2015, № 9, maddə 987; 2017, № 6, maddə 1097; 2019, № 5, maddə 840) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. 2.2-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində,” sözləri, “üçüncü cümləsində, üçüncü” sözlərindən sonra “, dördüncü” sözləri, “ikinci hissəsinin 9-cu bəndində,” sözlərindən sonra “üçüncü hissəsində,” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 2.1-1-ci, 2.3-1-ci və 2.5-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 22-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

“2.3-1. həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

“2.5-1. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində və beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;”;

2.4. 2.5-ci bənddə “on ikinci” sözləri “on birinci” sözləri ilə əvəz edilsin;

2.5. 2.6-cı bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun, 2.7-ci və 2.8-ci bəndlər ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2021-ci il

16 June 2021, 20:06

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...