Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının, Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Cəbhə Partiyasının, Vəhdət Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatlarını nəzərdən keçirərək, “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilsinlər:
Cavadov Fuad Musa oğlu,
Əliyev Şaitdin Sərdar oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Kazımova Validə Faiq qızı,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Nadirxanlı Nizami Hüseyn oğlu,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
2. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri seçilsinlər:
Hümbətov Sürəddin Məmmədhüseyn oğlu,
Muradov Aydın Hacı oğlu,
Orduxanov Niyaməddin Orduxan oğlu.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri Sahibə Qafarova
Bakı şəhəri, 27 aprel 2021-ci il
27 April 2021, 19:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...