“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830) 48.1-ci və 48.2-ci maddələrində “nümunəli sənədlərə (diplomlara)” sözləri “sənədlərinə” sözü ilə əvəz edilsin.

Maddə 2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851; Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli, 6 oktyabr tarixli 185-VIQD nömrəli və 6 noyabr tarixli 193-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.1-ci, 1.0.9-cu və 1.0.10-cu maddələrdə ismin müvafiq hallarında “dövlət təhsil sənədi” sözləri ismin müvafiq hallarında “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

2.2. 14-cü maddə üzrə:

2.2.1. 14.1-ci maddənin birinci cümləsinə “təhsilalanlara” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

2.2.2. 14.2-ci maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

Maddə 3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.3-cü, 1.0.37-ci və 14.1-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin;

3.2. 4.0.29-cu maddəyə “qəbulu” sözündən sonra “və yerdəyişməsi” sözləri əlavə edilsin və həmin maddədə “və” sözü “, habelə” sözü ilə əvəz edilsin;

3.3. 4.0.31-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin;

3.4. 17-ci maddə üzrə:

3.4.1. 17.1-ci maddədə “ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat” sözləri ilə əvəz edilsin;

3.4.2. 17.2-ci maddə ləğv edilsin;

3.4.3. 17.4-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il.

5 February 2021, 16:02

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...