“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3, I kitab, maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasa “Məcəlləsinin” sözündən sonra “7-ci maddəsinin 2-1-ci hissəsində, 49-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

1.2. üçüncü abzasa “48-ci maddəsinin beşinci hissəsində,” sözlərindən sonra “49-cu maddəsinin 4-cü hissəsində,” sözləri əlavə edilsin;

1.3. dördüncü abzasa “Məcəllənin” sözündən sonra “3-cü maddəsinin 5-1-ci hissəsində,” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“həmin Məcəllənin 15-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il.

 

 

 

9 July 2014, 09:07

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...