Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 942) ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü bəndə “sisteminə” sözündən sonra “(EKTİS)” abreviaturası əlavə edilsin.
2. Aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:
8. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə |
|||
8.1. |
Meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, EKTİS-ə inteqrasiyası, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi |
“Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2022 |
8.2. |
Suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi |
“Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC
|
mütəmadi |
8.3. |
İqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan riskli ərazilərin müəyyən edilərək məlumat bazasının yaradılması, xəritələşdirilməsi və EKTİS-ə inteqrasiyası |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2020–2022 |
8.4. |
Səhralaşma prosesinin qarşısının alınması məqsədilə tədbirlərin (meliorasiya və irriqasiya sistemlərinin qurulması, adaptasiya olunan bitki növlərinə üstünlük və əkin subsidiyası verilməsi, innovativ həllərin tətbiqi və s.) həyata keçirilməsi
|
Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
mütəmadi |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2020-ci il.
11 December 2020, 19:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...