Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 200

Bakı şəhəri, 25 iyun 2014-cü il

Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Gəncə şəhərində yenidən qurulmuş və ərazisi genişləndirilmiş park kompleksinin infrastrukturunun qorunub saxlanılması, abadlaşdırılması, mühafizəsi və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsi yaradılsın.

2. "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin işçilərinin ştat sayı 140 vahid müəyyən edilsin.

3. "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin cari ildə saxlanılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan  Gəncə Şəhər İcra Hakimiyyətinə 830.000 (səkkiz yüz otuz min) manat məbləğində vəsait ayrılsın.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini və 2015-ci ildən başlayaraq, bu məqsəd üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmasını təmin etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

7 July 2014, 09:07

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...