“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1887) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda “4 825 508 800,0” rəqəmləri “4 784 689 400,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddə üzrə:

2.1. 1.1-ci bənddə “1 238 683 400,0” rəqəmləri “1 236 405 700,0” rəqəmləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənddə “168 911 370,0” rəqəmləri “168 600 770,0” rəqəmləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bənddə “1 985 000 000,0” rəqəmləri “1 987 588 300,0” rəqəmləri ilə əvəz edilsin;

2.4. 3-cü hissədə “1 426 914 030,0” rəqəmləri “1 188 914 030,0” rəqəmləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. 2019-cu ilin sonuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə olunmamış vəsaiti – 197 180 600,0”.

3. 3-cü maddə üzrə:

3.1. 1-ci hissədə “4 684 678 800,0” rəqəmləri “4 644 759 400,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 1.1-ci bənddə “4 570 078 800,0” rəqəmləri “4 543 309 400,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 1.2-ci bənddə “114 600 000,0” rəqəmləri “101 450 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.4. 1.2.1-ci yarımbənddə “28 000 000,0” rəqəmləri “29 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.5. 1.2.2-ci yarımbənddə “34 000 000,0” rəqəmləri “29 900 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.6. 1.2.3-cü yarımbənddə “14 900 000,0” rəqəmləri “9 900 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.7. 1.2.4-cü yarımbənddə “14 500 000,0” rəqəmləri “11 050 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.8. 1.2.5-ci yarımbənddə “23 200 000,0” rəqəmləri “21 600 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.9. 3-cü hissədə “33 900 000,0” rəqəmləri “33 000 000,0” rəqəmləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il.

12 August 2020, 19:08

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...