Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.8-ci bəndə “həyata keçirilməsini” sözlərindən sonra “və onlara akkreditasiya şəhadətnaməsinin verilməsini” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.11-1-ci, 8.23-1-ci və 8.33-1-ci bəndlər əlavə edilsin:

“8.11-1. tabeliyində olan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edir;”;

“8.23-1. özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edir və dəstəkləyir, onlara metodik kömək göstərir;”;

“8.33-1. dövlət ümumi təhsil müəssisələri müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir;”;

1.3. 8.11-ci bəndə “icbari” sözündən əvvəl “məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir və” sözləri əlavə edilsin;

1.4. 8.15-ci bəndə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin;

1.5. 8.36-cı bənddə “ümumtəhsil müəssisələrində” sözləri “ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3.4-cü yarımbəndə “icbari” sözündən əvvəl “məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir,” sözləri əlavə edilsin;

2.2. 2.8.4-cü yarımbənd ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020; № 4, maddə 397) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “qiymətləndirilməsini (attestasiyasını)” sözləri “attestasiyasını” sözü ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” üzrə:

3.2.1. 1.1-ci bənddə və 2.1.2-ci yarımbənddə “qiymətləndirilməsini (attestasiyasını)” sözləri “attestasiyasını” sözü ilə əvəz edilsin;

3.2.2. 2.1.6-cı yarımbənddə “qiymətləndirmənin (attestasiyanın)” sözləri “attestasiyanın” sözü ilə əvəz edilsin;

3.2.3. 2.1.14-cü yarımbənddə “qiymətləndirilməsi” sözü “attestasiyası” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il.

30 July 2020, 21:07

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...