Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin etmək məqsədilə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin . edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin etmək məqsədilə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra - yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə2
tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;
2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin;
2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
Əli ƏsədovAzərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 25 iyul 2020-ci il
27 July 2020, 18:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...