“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın TƏSVİRİ
Azərbaycan Respublikasının 2014-cü il
16 may tarixli Qanunu ilə təsdiq
edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” (bundan sonra – medal) diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 20 mm x 15 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə şaquli zolaqlara bölünmüş xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında qızılı rəngli aypara və səkkizguşəli ulduz təsviri həkk edilir. Lövhənin yuxarı və aşağı hissələrinə eni 1 mm olan üçbucaqvari çıxıntıları olan qızılı təbəqə bərkidilir.
4.2. Medala paltara bərkidilmək üçün medalın elementi olan eyni xara lentdən üz çəkilmiş 20 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
2 July 2014, 12:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...