Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanını “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №8, maddə 499; 2002, №1, maddə 14; 2003, №10, maddə 571; 2006, №9, maddə 743; 2009, №4, maddə 226, №12, maddə 984; 2012, №7, maddə 680) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.İkinci abzasda “19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra “, 28-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilsin.

2.Üçüncü abzasda “və 31-ci maddəsinin birinci hissəsində” sözləri “, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il.

1 July 2014, 09:07

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...