“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775; 2011, №10, maddə 886; 2013, № 8, maddə 904) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” üzrə:

1.1. 1.1-ci bənddə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənddə “İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini” sözləri “İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnaməni” sözləri ilə əvəz edilsin;

1.3. 2.1-ci bənddən “(informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla)” sözləri çıxarılsın;

1.4. 4.2 və 5.3-cü bəndlərdə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin;

1.5. 5.4 və 6.1-ci bəndlərdə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilsin;

1.6. 5.5.9, 5.5.10 və 5.5.11-ci yarımbəndlərdə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 2.1-ci bəndindən “(informasiya kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il.

 

30 June 2014, 09:06

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...