“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1620-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 3, maddələr 403, 405, №5, maddə 847; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 782 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.3-cü bəndə “29.0.6-cı” sözlərindən sonra “, 29.0.11-ci (“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi üzrə)” sözləri əlavə edilsin.
2. 2.4-cü bəndə “29.0.11-ci” sözlərindən sonra “(“Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinin yaradılması və onlardan istifadənin təmin edilməsi üzrə)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 avqust 2019-cu il.
27 August 2019, 08:0810 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...