“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır:
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları kredit kooperativlərinə də şamil olunur.”.
2. 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.
3. 3-cü maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.”.
4. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:
“Maddə 18-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
Kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı fəaliyyəti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.”.
5. 20-ci maddənin 2-ci hissəsinə “mislindən” sözündən sonra “(kredit kooperativinin üzvü istisna olmaqla)” sözləri əlavə edilsin.
6. Mətn üzrə ismin müvafiq hallarında “xüsusi razılıq” sözləri ismin müvafiq hallarında “lisenziya” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2019-cu il.
6 August 2019, 07:0810 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...