Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artmışdır. Azərbaycan dövləti sülhün və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və siyasi plüralizmin inkişafı, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması və digər sahələrdə xarici qeyri-hökumət təşkilatları ilə də səmərəli əməkdaşlıq edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2013-cü il 1 may tarixli 2883 nömrəli Sərəncamına uyğun olaraq, ötən ildən etibarən xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarına donor yardımının göstərilməsinə başlanmışdır. Hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına ABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparırlar. Bu sahədə görülən işlərin davam etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2014-cü il.
20 June 2014, 09:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...