Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması haqqında” 2004-cü il 21 fevral tarixli 35 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1423-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 73, № 10, maddə 790; 2007, № 2, maddə 91; 2008, № 5, maddə 374) 2.2-ci bəndinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790; 2006, № 9, maddə 741; 2007, № 2, maddə 91; 2008, № 8, maddə 722; 2010, № 9, maddə 770, № 10, maddə 858, № 12, maddə 1061; 2013, № 5, maddə 520; 2014, № 9, maddə 1051) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci, 7-ci, 9-cu, 13-cü, 19-cu, 22-ci və 25-ci bəndlərə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin;
2.2. 8.1-1-ci yarımbənddə “daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilsin və həmin bəndə “icazə” sözündən sonra “və ya qaçqın” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222; 2008, № 8, maddələr 720, 722, № 11, maddə 980; 2009, № 1, maddə 11, № 11, maddə 882; 2010, № 10, maddə 858; 2013, № 9, maddə 1043; 2014, № 9, maddə 1030; 2018, № 9, maddə 1840) ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci yarımbənd əlavə edilsin:
“8.8-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaçqın vəsiqəsi və yol sənədi;”.
4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; 2014, № 9, maddə 1060, № 10, maddə 1177; 2015, № 2, maddə 117; 2016, № 5, maddə 867, № 11, maddə 1798; 2017, № 5, maddələr 777, 818; 2018, № 12 (I kitab), maddə 2586) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”nin 13.4.0-cı yarımbəndində “daimi yaşamaq üçün icazə” sözlərindən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2019-cu il.
14 June 2019, 08:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...