Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1271-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.25-ci yarımbəndə “cəzaları” sözündən sonra “, həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən icrası və ya icrası üzərində nəzarət icra məmurlarına həvalə edilmiş cinayət-hüquqi xarakterli digər tədbirləri (bundan sonra – müvafiq cinayət-hüquqi xarakterli tədbirlər)” sözləri və “, cəzaların” sözündən sonra (birinci halda) “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.
2. 9.26-cı yarımbəndə “cəzaların” sözündən sonra “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2019-cu il.
24 May 2019, 08:0510 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...