Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli və 10 aprel tarixli 619 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin” sözləri “haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

1.2. preambuladan “və onun yanında yaradılmış dövlət xidmətlərinin” sözləri çıxarılsın;

1.3. 3-cü və 4-cü hissələr ləğv edilsin.

2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin” sözləri “Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

2.2. preambulada “Nazirliyinin strukturuna daxil olan bəzi qurumların” sözləri “Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci və 3-cü hissələr ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2019-cu il.

22 May 2019, 08:05

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...