“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli, 28 dekabr tarixli 1416-VQD və 1444-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 119.1.4-1-ci maddəyə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri və “kreditorların” sözündən sonra “bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.

2. 119.3-cü maddə üzrə:

2.1. “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il .

3 May 2019, 08:05

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...