Azərbaycan Respublikasının Milli Məclisindən daxil olmuş müraciətə baxılması barədə
Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi 2019-cu il martın 19-da Mərkəzi Seçki Komissiyasına müraciət edərək Respublikaçı Alternativ (REAL) qanunvericilik təşəbbüsü qrupu tərəfindən təqdim edilən bir neçə qanun layihəsi ilə bağlı toplanmış 41 500 seçici imzasının yoxlanılması və nəticələri barədə müvafiq məlumat verilməsini xahiş etmişdir.
Təqdim edilən imza vərəqələrindəki imzaların seçki hüququna malik vətəndaşlara məxsus olmasını və onların düzgünlüyünü yoxlamaq üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri daxil edilməklə müvafiq İşçi qrupu yaradılmalı, bu məqsədlə ekspert və mütəxəssislərin ayrılması üçün həmin orqanlara müraciət olunmalı, İşçi qrupu üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi və aparılan yoxlamanın nəticələri ilə bağlı təqdim olunan rəylər əsasında müvafiq protokol tərtib edilərək imzalanması üçün əlaqələndirici şəxs təyin edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır:
1. Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan imza vərəqələrindəki imzaların seçki hüququna malik vətəndaşlara məxsus olmasını və onların düzgünlüyünü yoxlamaq üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssislərindən ibarət tərkibdə İşçi qrupu yaradılsın, ekspert və mütəxəssislərin ayrılması üçün həmin orqanlara müraciət olunsun.
2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev İşçi qrupunun əlaqələndiricisi təyin edilsin.
3. Yoxlamanın nəticələri ilə bağlı İşçi qrupu üzvlərinin rəyləri əsasında əlaqələndiricinin tərtib edib imzaladığı protokol həmin rəylərlə birlikdə Milli Məclisə göndərilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10 April 2019, 08:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...