"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 173
Bakı şəhəri, 5 iyun 2014-cü il
"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035) aşağıdakı dəyişikliklər edilsin:
1. 1 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Yaşayış məntəqələrinin adları"nın "1500 metrdən 2000 metrədək" sütununun "Lerik rayonu" bölməsinə "Şonaçola kəndi" sətrindən sonra "Loda kəndi" sətri əlavə edilsin.
2. 2 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Yaşayış məntəqələrinin adları"nın "Tovuz rayonu" bölməsinə "Almalıtala kəndi" sətrindən sonra "Qəribli kəndi", "Dəlləkli kəndi" və "Öskəm kəndi" sətirləri əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
10 June 2014, 17:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...