"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 131
Bakı şəhəri, 5 may 2014-cü il
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 36 nömrəli, 14 fevral tarixli 46 nömrəli, 21 fevral tarixli 52 nömrəli, 12 mart tarixli 74 nömrəli və 19 mart tarixli 86 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 33.2-ci bəndə "icazənin alınması" sözlərindən sonra "(müddətinin uzadılması)" sözləri əlavə edilsin.
2. 33.3-cü bənddə "yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması" sözləri "yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması)" sözləri ilə əvəz edilsin.
3. 33.4-cü və 33.5-ci bəndlərdə "Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin" sözləri "Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin" sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 33.5-1-ci bənd əlavə edilsin:
33.5-1. |
Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
27 мая 2014, 17:05
14 октября 2014, 09:10
О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа подробно...
14 октября 2014, 09:10
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
13 октября 2014, 09:10
Королю Испании Его величеству Фелипе VI подробно...
10 октября 2014, 10:10
Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами подробно...
9 октября 2014, 15:10
9 человек составят коллегию Министерства энергетики подробно...
9 октября 2014, 09:10
О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О создании промышленных кварталов и организации их деятельности подробно...
9 октября 2014, 09:10
Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О присуждении специальной стипендии молодым талантам подробно...
8 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района подробно...