Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 127
Bakı şəhəri, 5 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009, № 10, maddə 846; 2010, № 4, maddə 355, № 8, maddə 769; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 85 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nın on birinci abzası ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
26 мая 2014, 15:05
11 ноября 2014, 09:11
О награждении работников Государственной нефтяной компании Азербайджанской Республики подробно...
11 ноября 2014, 09:11
Королю Камбоджи Его величеству Нородому Сиамони подробно...
11 ноября 2014, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Гядабей-Новосаратовка-Гаравелиляр Гядабейского района подробно...
7 ноября 2014, 09:11
О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар города Лянкяран подробно...
6 ноября 2014, 09:11
О проведении реставрационных работ в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
30 октября 2014, 09:10
Президенту Многонационального государства Боливия Его превосходительству господину Эво Моралесу Айме подробно...
30 октября 2014, 09:10
Президенту Федеративной Республики Бразилия Ее превосходительству госпоже Дилме Роуссефф подробно...
29 октября 2014, 09:10
О назначении А.М.Рустамова судьей Верховного суда Азербайджанской Республики подробно...
29 октября 2014, 09:10
Премьер-министру Турецкой Республики Его превосходительству господину Ахмету Давутоглу подробно...
29 октября 2014, 09:10
Президенту Турецкой Республики Его превосходительству господину Реджепу Тайибу Эрдогану подробно...