“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2017-ci il.
22 ноября 2017, 09:112 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Института нефтехимических процессов имени Юсифа Мамедалиева Национальной Академии Наук Азербайджана подробно...
2 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» сотрудников Института нефтехимических процессов имени Юсифа Мамедалиева Национальной Академии Наук Азербайджана подробно...
2 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» сотрудников Института нефтехимических процессов имени Юсифа Мамедалиева Национальной Академии Наук Азербайджана подробно...
2 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по поддержке деятельности Фонда молодежи Азербайджанской Республики подробно...
1 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.Г.Сейидалиева от должности главы Исполнительной власти Агсуинского района подробно...
1 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О назначении В.Г.Тагиева главой Исполнительной власти Агсуинского района подробно...
1 октября 2019, 08:10
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения оросительной водой посевных площадей в Шамахинском районе подробно...
30 сентября 2019, 08:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Сурра-Дюз Билиджи-Горган-Чинарлар Шабранского района подробно...
30 сентября 2019, 08:09
Распоряжение Президента Азербайджанской Республики О назначении Дж. С. Мирзоева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Индонезия подробно...
30 сентября 2019, 08:09
Распоряжение Президента Азербайджанской Республики О назначении М.А.Талыбова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Мексиканских Соединенных Штатах подробно...