“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun tətbiqi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə uyğun olaraq, xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 623; 2007, № 6, maddə 601; 2010, № 3, maddə 180; 2014, № 9, maddə 1027; 2016, № 6, maddə 1056; 2017, № 3, maddə 353, № 8, maddə 1521) 3.3-cü bəndində “11.5-ci” sözlərindən sonra “, 11-1.2-ci” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2017-ci il.

7 ноября 2017, 09:11

http://www.azertag.net

3511—3520 из 3607

14 февраля 2014, 09:02

О присвоении почетных званий лицам, имеющим заслуги в социально-культурном развитии города Гянджа   подробно...

14 февраля 2014, 09:02

О награждении лиц, имеющих заслуги в социально-экономическом развитии города Гянджа   подробно...

14 февраля 2014, 09:02

О мерах по проведению кампании «Справедливость к Ходжалы»   подробно...

13 февраля 2014, 17:02

Национальный фонд поддержки предпринимательства предоставил 3,67% льготных кредитов в 2014 году   подробно...

13 февраля 2014, 13:02

Министерство образования Азербайджана планирует за счёт иностранных преподавателей поднять качество высшего образования   подробно...

13 февраля 2014, 12:02

Утверждена программа социальной реабилитации и социальной интеграции детей, ставших жертвами торговли людьми   подробно...

13 февраля 2014, 08:02

О проведении 220-летнего юбилея Аббасгулу Ага Бакиханова   подробно...

12 февраля 2014, 17:02

В 2014 году в страховое законодательство Азербайджана будут внесены новые поправки   подробно...

12 февраля 2014, 15:02

Президент Грузии находится с первым официальным визитом в Баку   подробно...

12 февраля 2014, 10:02

Система упрощённых выплат государству и упрощённой регистрации недвижимости учреждена в Азербайджане   подробно...