“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 2013, № 2, maddə 122; 2016, № 5, maddə 865, № 11, maddə 1811; 2017, № 6, maddə 1085) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bənddən “41.2-ci, ” sözləri çıxarılsın;

4.2. 2.3-cü bənddə “nəzərdə tutulmuş” sözlərindən əvvəl “, 41.2-ci və 41.3-cü maddələrində” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2017-ci il.

7 ноября 2017, 09:11

http://www.azertag.net

3501—3510 из 3607

18 февраля 2014, 10:02

Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году   подробно...

18 февраля 2014, 09:02

90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне   подробно...

18 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики   подробно...

17 февраля 2014, 12:02

Министр туризма Азербайджана озадачил участников рынка   подробно...

17 февраля 2014, 09:02

Об утверждении «Концепции культуры Азербайджанской Республики»   подробно...

17 февраля 2014, 09:02

О награждении орденом «Истиглал» А.М.Пашаева   подробно...

17 февраля 2014, 09:02

О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали»   подробно...

14 февраля 2014, 15:02

ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок   подробно...

14 февраля 2014, 10:02

«Справедливость к Ходжалы» получила государственное финансирование   подробно...

14 февраля 2014, 09:02

О 100-летнем юбилее Лютфали Абдуллаева   подробно...